Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-08-2023 , 09:29

8126

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən, həmçinin avtomobil dayanacaqlarından ödənişin alınması mümkün olmadıqda nə etməli?


Məlum olduğu kimi bələdiyyələrin üzləşdiyi əsas problemli məsələlərdən biri də, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən, həmçinin avtomobil dayanacaqlarından ödənişin alınmasıdır. Belə ki, bələdiyyələr fiziki şəxslərə məxsus əmlak və torpaq obyektlərini qeydiyyata alarkən onların ölçüləri müvafiq sənədlərdə göstərildiyindən borc bələdiyyələr tərəfindən dəqiq hesablanır. Fiziki şəxslər hesablanmış torpaq və əmlak vergisini müvafiq qaydada ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyə iclaslarında inzibati akt qəbul edərək məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərə bilirlər. Lakin bələdiyyənin inzibati ərazisində fəaliyyət göstərən mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər, həmçinin avtomobil dayanacaqları qeydiyyata alınsa da, onlar tərəfindən müvafiq hesabat təqdim edilmədikdə ödənişin alınması mümkün olmur. Belə ki, ödənişin məbləğini müəyyən etmək mümkün olmadığından bələdiyyələr qanunvericiliyə uyğun olaraq pul tələbinə dair inzibati aktı qəbul edə bilmirlər.

Bununla bağlı bələdiyyələr tərəfindən işin daha səmərəli qurulması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində məsələyə aydınlıq gətirilmişdir.

Belə ki, Mərkəzdə mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən, həmçinin avtomobil dayanacaqlarından müvafiq hesabat bələdiyyələrə təqdim edilmədikdə bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04.11.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”inə, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə ödənişin məbləği əlaqəli məlumatlardan istifadə edilərək hesablanmalıdır. Qeyd edək ki, bu barədə daha ətraflı hazırlanan metodik vəsaitdə tanış olmaq olar.

(Ətraflı bu linkdıə tanış ola bilərsiniz  https://belediyye.info/metodik-tovsiyeler/22 )


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
704

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701